İlk dərs " Yaşıl dünya naminə həmrəylik"
Elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili ilə bağlı əmrində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacağını bildirilib.
Bu baxımdan məktəbimizdə ilk dərs bu mövzuya həsr olundu. Bu mövzuda danışılaraq qeyd olundu ki, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Eyni zamanda ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır.
Siniflərdə bu mövzuda video slaydlar nümayiş olundu və müzakirələr aparıldı.