Bilik Günü

    Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi “Bilik günü” məktəbimizdə böyük təntənə ilə qeyd olundu.

    Yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Məktəbimizin direktoru M.Poladova yeni tədris ilinin başlanması münasibətilə pedaqoji heyəti, şagird və valideynləri təbrik etdi. Yeni dərs ilində hamıya uğurlar arzuladı.

    Tədbirdə iştirak edən Binəqədi rayon Rəsulzadə qəsəbəsi bələdiyyəsinin müavini Leyli Tahirova müəllimləri, şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi, onlara təhsildə uğurlar arzuladı. Çıxışında qeyd etdi ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilir.

    Tədbirlər şagirdlərin hazırladıqları bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi