Pedaqoji Şura iclası keçirildi

    12.09.2024-cü il tarixində 2024-2025-ci tədris ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi. Məktəbin direktoru Mehriban Poladova iclası açıq elan edərək yeni tədris ilində Pedaqoji kollektivə xoş arzularını çatdırdı. İclasda vacib məsələlər müzakirə olundu, cari ilin yekunları haqqında hesabatlar dinlənildi.

    Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il "Yaşll dünya naminə həmrəylik ili"elan edildiyindən ilk dərsin bu mövzuya həsr olunacağı bildirildi.

    Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Nəzərli IV və IX siniflərin monitorinq nəticələrindəki irəliləyişlərdən danışdı. Bu münasibətlə həmin siniflərdə fənn tədris edən müəllimləri təbrik etdi.

    İclasda məktəbli formaları, eləcə də müəllimlərin geyimi, metodbirləşmə rəhbərlərinin seçilməsi kimi məsələlərə toxunuldu. Perspektiv planlama barədə suallar cavablandırıldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi