Fəxr edirik

    Məktəbimizin 2c sinif şagirdi Fuad İsgənfərov Bakı şəhəri üzrə SASMO 2024 olimpiadasında riyaziyyat fənni üzrə üçüncü yerə layiq görüldü, bürünc medalla təltif olundu. SASMO olimpiadasının birinci turunu uğurla başa vuran məktəblimiz ikinci turda iştirak etmək üçün Sinqapura dəvət aldı. Müəyyən səbəblərdən Fuad həmin yarışmada iştirak edə bilmədi.

    Xatırladaq ki, (SASMO) Sinqapur Riyaziyyat olimpiadası Asiyanln ən böyük olimpiadası hesab olunur və hər il dünya üzrə 35000 məktəbli bu yarışmada iştirak edir.

    Mükafatlandırma mərasiminə Fuad və müəllimi Elnarə Mərdanova da dəvət almışlar. Elnarə müəllimə digər şagirdlərin təltif olunmasında iştirak etdi. Məktəblimizlə fəxr edirik. Şagirdimizin bu uğuru məktəbimizin bütün kollektivində böyük qürur hissi doğurub.

    Məktəbimizin direktoru Mehriban Poladova şagirdimizi təbrik etdi və ona yeni - yeni uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi