Şəhidimizin oğlu Çexiyanın ən böyük universitetinə qəbul olub
Şəhid polkovnik - leytenant Əfqan Ağasəf oğlu Abdurahmanov 25 may 1976- cı ildə Bakıda dünaya göz açmışdır. Təhsilini Binəqədi rayonu V.Əzizov adına 30 nömrəli məktəbdə almışdır.Əfqan Abdurahmanov 2-ci Qarabağ müharibəsində qəhrəmanlıqla iştirak etmiş, Suqovuşan uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Bu gün yaxşı bir xəbər eşitdik. Sevincli xəbərdən qürur hissi keçirdik. Şəhidimizin oğlu Əlibəy Abdurahmanov Çexiyanın ən nüfuzlu universitetlərindən biri olan " Cahrles" universitetinə qəbul olub. O, Beynəlxalq SAT imtahanında yüksək nəticə ( 1450 bal) əldə edərək Avropanın bir neçə universitetlərindən qəbul alsa da seçimi Çexiyanın ən böyük universiteti olmuşdur. Təhsilini " Riyaziyyat və Fizika" fakültəsində davam etdirən övladımıza uğurlar arzu edirik. Atasının Vətən uğrunda etdiyi misilsiz fədakarlığı bu gün oğlu təhsil sahəsində davam etdirdi. Ruhun şad olsun , şəhidim.