Çox gəzən çox bilər

    Məktəblilərin asudə vaxtlarının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir.Şagirdlərdə sağlam əqidənin yaranması məhz kiçik yaşlarından formalaşır. Bu baxımdan məktəbimizin 2c sinif rəhbəri Elnarə Mərdanovanın təşkilatçılığı ilə Qala Arxeoloji - Etnoqrafik Muzey Kompleksində oldular. Muzey dünyanın açıq səma altında təşkil olunmuş nadir muzeylərindəndir. Bakı kəndlərinin yaşayış tərzi , qədim əşyalar şagirdlərin diqqətinə çatdırıldı.Onlar dulusçuluq, xalçaçılıq, dəmirçilik emalatxanalarında peşə ustalarının iş prosesini izlədilər. Qala kəndində yaşamış bir tacirə məxsus və 1810- cu ildə tikilmiş evdə məktəblilər yuxa sallb, sac üstündə lavaş bişirdilər.

    Daha sonra onlar Binə Atçılıq Mərkəzində oldular. Şagirdlər atlar haqqında məlumat alaraq müxtəlif ölkələrdən gətirilmiş at cinsləri ilə tanış olublar. Məktəblilərə atların qidalanması , yaşayış tərzi barədə geniş məlumat verilib. Heyvanları sevmək və onlara qayğı göstərmək hər kəsin borcudur kimi fikirlər uşaqlara yüksək səviyyədə ,xüsusi maraqla aşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi