Son zəng

    Bu gün ölkəmizin hər yerində olduğu kimi bizim məktəbdə də " Son Zəng" tədbiri keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Məktəbimizin direktoru M.Poladova iştirakçıları salamladı , məktəb həyatını başa vurub məzun adı alan onbirinciləri təbrik etdi , onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşı olmağı , aldıqları bilik və bacarıqları sayəsində nailiyyətlərini daha da inkişaf etdirməyi arzuladı.

    Tədbirdə iştirak edən Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi Seymur Əliyev məzunları təbrik etdi , Ulu Öndər Heydər Əliyevin " Təhsil millətin gələcəyidi" sözlərini xatırladaraq həmin gələcəyin məhz gənclərin əlində olduğunu vurğuladı , onlara uğurlar arzuladı.

    Tədbirdə çıxış edən müəllimlər və valideynlər məzunları " Son Zəng " Günü münasibətilə təbrik etdi , ali məktəbə gedən yolda , gələcək həyatlarında onlara bol- bol nailiyyətlər arzuladılar.

Onbirincilər tədbirdə bir- birindən maraqlı olan rəqsləri , eləcə də mahnı çələnginin böyük coşqu ilə ifaları tədbir iştirakçılarının zövqünü oxşadı.

    Sonda ənənəvi olaraq Xl siniflər estafeti birinci sinif şagirdlərinə verdilər. Birincilər böyük sevgi ilə " Son Zəngi " çaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi