Gələcəyin parlaq ulduzları

04.06.2024 - cü il tarixdə məktəbimizin akt zalında 1b sinif rəhbəri Mətanət Musayevanın təşkilatçılığı ilə təbdir keçirildi. Tədbir Dövlət Himnimiz səsləndirildikdən sonra açıq elan edildi. Məktəbimizin direktoru Mehriban Poladova bu günün tarixi və əhəmiyyəti, Ulu Öndər Heydər Əliyevin uşaqlara xüsusi qayğısı, prezident İlham Əliyev və vitse - prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqların parlaq gələcəyi istiqamətində həyata keçirilən bir sıra mühüm tədbirlər haqqında tədbir iştirakçılarına məlumat verdi.
Uşaqların hazırladıqları səhnəciklər, rəqs ifaları tədbirə xüsusi rəng qatdı. Rəngarəng musiqi sədaları altında körpə fidanların sevincli çıxışları Azərbaycanın xoşbəxt gələcəyindən və firavan yaşayışından xəbər verirdi. Cünki bu gün onlar torpaqları işğaldan azad olan Vətənin məğrur övladlarıdırlar.