Korrupsiyaya qarşı mübarizə
04.06.2024 - cü il tarıxındə məktəbimizdə Azərbaycan Respublikası Prezidentinin 2022- ci il 4 aprel tarıxli Sərəncamı ilə təsdiq edilmiş " Korrupsiyaya qarşı mübarızənin gücləndurilməsinə dair 2022 - 2026 - cı illər üçün Milli Fəaliyyət Plan" nın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclas keçirildi.
İclasda çıxış edən məktəbin direktoru Mehriban Poladova korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olmasını, ictimaiyyətin bu işlərə fəal qoşulması, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi , cəmiyyətin maariflındirilməsi kimi işlərin zəruriliyini qeyd etdi.