Uşaqlar dünyanın xoşbəxtliyidir

Məktəbimizin ibtidai sinif müəllimi A.Mikayılovanın təşəbbüsü ilə 2a sinfində " Gəlin, uşaqlardan öyrənək" adlı tədbir keçirildi. Tədbirdə bir- biindən maraqlı şeir , mahnı və rəqslər gözəl balaların ifasında dinlənildi. Uşaqlar tədbiri məktəbin həyətində davam etdirdilər. Müxtəlif ağac, gül və çiçəklərin adlarını, onların xüsusiyyətini bilən şagirdlər arasında müsabiqə keçirildi. Məktəblilər " Təbiəti qoruyaq, ağacları, gülləri sevək " məzmununda çıxışlar etdilər.