15 May - Beynəlxalq ailə günü

    15 05.2024-cü il tarixində Beynəlxalq ailə günü münasibətilə 9b sinif şagirdləri ilə dəyirmi masa təşkil olundu. Görüşdə məktəbin direktoru Poladova Mehriban ailə dəyərləri ilə bağlı apardığı söhbətdə ailə üzvləri arasinda münasibətlərin sabitliyi və möhkəmliyi, qarşılıqlı məsuliyyət hissinin əhəmiyyətindən danişdi.

    Daha sonra məktəbin psixoloqu Qarayeva Vüsalə öz çıxışında fərdlərin sosial mühitdə məhsuldar fəaliyyətinin, eləcə də fiziki və psixi sağlamlığının onların yaşadıqları çevrənin, böyüdükləri mühitin rifahından asılılığını, ailənin mənəvi dəyələrin icra olunduğu qədim institut olduğunu vurğuladı. Şagirdlərin ailənin möhkəm olmasını şərtləndirən amillərin, ailəni səciyyələndirən xüsusiyyətlərin rolu barədə fikirləri "Romb" testində qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi