"Azad olunmuş torpaqlarda ekoloji problemlər" adlı xüsusi dərs
Məktəbin 4b sinfində Firəngiz Vəliyevanın təşkilatçılığı ilə "Azad olunmuş torpaqlarda ekoloji problemlər" adlı xüsusi dərs keçirilib.
Xüsusi dərs zamanı müəllim tarixi zəfərdən sonra Qarabağın dirçəldilməsi, eləcə də ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən sistemli və irimiqyaslı tədbirlərin əhəmiyyətindən bəhs edib.
Təqdimatlarda Qarabağda yetişən nadir bitkilər, meşə landşaftı, məhv edilən Qarabağın füsunkar təbiəti, terrora məruz qalmış torpaqlarda flora və faunanın bərpası haqqında maraqlı məlumatlar əks olunub.
Sonda şagirdlərin mövzularla bağlı sualları müəllim tərəfindən ətraflı şəkildə cavablandırılıb.