Ədəbiyyat dərsi - təbiətdə
09.04.2024-cü il tarixdə məktəbin həyətində VII b sinif şagirdləri və fənn müəllimi Aksana Ağazadənin rəhbərliyi ilə E.Hüseynbəylinin “Nəvə”əsərini açıq havada müzakirə ediblər. Şagirdlər dərslikdəki tapşırıqları yerinə yetirmiş, Kamal obrazı haqqında qənaətlərini bildirmişlər.