VIII-IX siniflərdə reproduktiv sağlamlıq mövzusunda məşğələlər
15.03.2024-cü il tarixində reproduktiv sağlamlıq kursunun IV məşğələləri həyata keçirildi. VIII siniflər üzrə "Yeniyetmənin sirrləri" və IX siniflər üzrə "Alkoqolizm və narkomaniya"adlanan maarifləndirici məşğələlərdə məktəbin həkimi Məmmədova Aygün, psixoloqu Qarayeva Vüsalə və UBTR Muxtarova Sevinc çıxış etdilər. Şagirdlərdə böyük maraq yaradan görüşlərin sonunda onları maraqlandıran suallar cavablandırıldı.