Xocalı,sən azadsan!

      Məktəbdə Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımına həsr edilən videoçarx nümayiş olunub.

Məktəbimizin tarix müəllimi Nəbiyeva Nərgiz çıxışı zamanı 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən bəhs etmişdir.

Xocalı soyqırımı ilə əlaqədar tədbirdə ədəbi-bədii kompazisiyalar, şeirlər səsləndirildi.

Sonda məktəbin direktor əvəzi Aynurə Nəzərli çıxış edərək bildirdi ki, artıq Xocalı faciəsində həlak olan şəhidlərimizin ruhu şaddır. Çünki Xocalıda üçrəngli bayrağımız dalğalanır və şəhidlərimizin qisası düşməndən alınıb. Bunun üçün xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Şanlı Azərbaycan Ordusuna minnətdardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi