16.02.2024- cü il tarixdə məktəbdə Pedaqoji şura iclası keçirildi
İclas məktəbin direktor əvəzi Aynurə Nəzərli tərəfindən açıq elan olundu. İlk olaraq 2023/2024-cü tədris ilində l yarımilin yekunları barədə məlumat verildi. Tədbirdə həmçinin təlim tərbiyə prosesinin tənzimlənməsi, şagird davranış qaydalarının tətbiqi vəziyyəti, şagirdlərin təlim nailiyyətlərinin təhlili, məktəbdə mövcud psixolji-emosinal vəziyyətin tənzimlənməsi məsələləri də müzakirə olundu. Əlavə olaraq növbəti aylar- fevral, mart ayları ərzində təhsilalanların təhlükəsizliyinin təminatı, bu istiqamətdə maarifləndirmə işinin aparılacağı, həmçinin, müəllim və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə işin artırılacağı haqqında müzakirələr də aparıldı. Görüşdə eyni zamanda, məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Turanə İbrahimova və psixoloqu Vüsalə Qarayevanın I yarımilin yekunlarına dair hesabatları dinlənildi.Tədbirin sonunda məktəbin 65 yaşı tamam olmuş müəllimləri və bir qrup fəal müəllimləri Təşəkkürnamə ilə mükafatlandırıldı.