07.05.2015 -ci il tarixdə Binəqədi rayonu V.Əzizov adına 30№li tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə "Təmiz Binəqədi" layihəsi çərçivəsində tədbir keçirildi.Tədbirdə 6a sinif şagirdlərinin rəsm və foto sərgisi nümayiş etdirildi və mövzu ilə bağlı müzakirələr aparıldı. 6a sinif rəhbəri Y.Məmmədova 6a sinif şagirdlərinin bu sərgidə nümayiş etdirdikləri işlər haqqında danışdı. Şagirdlər rayonumuzda görülən təmizlik və abadlıq işlərinə dəstək olacaqlarına söz verdilər.