Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş tədbirin keçirilməsi
07.05.2015 -ci il tarixdə Binəqədi rayonu V.Əzizov adına 30№li tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru A.Quliyeva açdı. Daha sonra şagirdlər məktəbin təşkilati işlər üzrə direktor müavini A.Məmmədxanovanın təşkilatçılığı ilə hazırladıqları ədəbi -bədii kompozisiyanı nümayiş etdirdilər. Şagirdlərin çıxışı məktəb kollektivi tərəfindən alqışlarla qarşılandı.Tədbirin sonunda Gənc Heydərçilər çıxış etdilər.