Təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması mövzuda Pedaqoji Şura

     Təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması mövzuda Pedaqoji Şura keçirildi.

Məktəbin direktor əvəzi N.Aynurə görüş iştirakçılarına şagirdlərin təhlükəsizliyi il əlaqədar yaranan məsələrlə bağlı tövsiyələr verdi, kollektivin bu işdə daha diqqətli və məsuliyyətli olmalarını tapşırdı. Eyni zamanda kənar şəxslərin məktəbə daxil olmasının və təhlükəyə səbəb olan neqativ halların qarşısının alınmasına laqeyd yanaşmamalarını bildirdi. Daha sonra məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı İ.Turanə çıxış edərək təhlükəsizliyin bərpa olunması məsələsində növbətçi müəllimlərinin rolunun vacibliyini vurğuladı.

Məktəbin psixoloqu Q.Vüsalə isə şagirdlərin özlərini fiziki, psixoloji və sosial təhlükəsiz, eyni zamanda rahat hiss etmələri üçün müəllimlərin, həmçinin valideynlərin bu işə cəlb olunmasının vacib olduğunu nəzərə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi