"Psixologiya həftəsi"çərçivəsində keçirilən tədbirlər
Məktəbin psixoloqu Vüsalə Qarayeva 22-26.01.2024-cü il tarixlərində elan olunan "Psixologiya həftəsi" çərçivəsində keçirdiyi görüşlərdə şagirdlərə birliyin və ünsiyyətin möhkəmləndirilməsi, hörmət və empatiya bacarıqlarının formalaşdırılması üzrə tapşırıqlar təqdim etdi. İstedadlı şagirdlər mövzu üzrə rəsmlər çəkərək kreativ düşüncələrini paylaşdılar. Sonda fəallığı ilə seçilən iştirakçılar təşəkkürnamə ilə təltif olundular.