"Heydər Əliyevə səsli məktub " mövzusunda TEDx müsabiqəsi

Məktəbin psixoloqu Vüsalə Qarayevanın təşkil etdiyi Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müsabiqə VIII sinif şagirdləri arasında keçirildi. Öz potensialına güvənərək kütlə qarşısında çıxış etmək, fikrini lakonik və səlis ifadə etmək bacarığı,eləcə də estetik hisslər aşılayan bu müsabiqədə iştirak edən şagirdlərə təşəkkürnamələr təqdim olundu
Məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən I yerə layiq görülən 8a sinif şagirdi Hüseynova Aysu hədiyyə ilə mükafatlandırıldı.