İnsan alverinə qarşı maarifləndirici tədbir

      Məktəbdə Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə məqsədi ilə məktəbin psixoloqu və sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı IX sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirdi.

Məktəbin psixoloqu çıxış edərək şagirdlərə insan alverinin bütün dünyada aktual problem olduğunu, bu istiqamətdə ölkəmizdə fəaliyyət proqramlarının qəbul olunduğu barədə məlumat verdi. Çıxışında şagirdlərə insan alverinin qarşısının alınması, gözlənilən təhlükələr və qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verdi. Psixoloq şagirdlərə respublikamızda insan alveri qurbanları üçün sığınacaqların, reablitasiya mərkəzlərinin fəaliyyət göstərdiyinin və onların cəmiyyətə inteqrasiyasının təmin olunmaları üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırdı.

Tədbirin sonunda şagirdlərə maarifləndirici bukletlər, kitabçalar, çap materialları paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi