KONSTİTUSİYA GÜNÜ
Məktəbin tarix fənn müəllimi Ağamalıyeva Floranın rəhbərliyi ilə 9A sinifində "12 noyabr- Konstitusiya günü"nə həsr olunmuş nümunəvi dərs təşkil olundu.
Dərsdə Flora müəllimə Azərbaycan Respublikasının Konstitusiyasının keçdiyi tarixi yola nəzər salaraq şagirdlərə konstitusiya barədə ətraflı məlumat vermiş, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu baxımından əhəmiyyətini qeyd etmiş, Ulu Öndərimizin hakimiyyəti dövründən bu günə kimi Konstitusiyamıza edilən dəyişikliklər və əlavələr haqqında danışmışdır.
Daha sonra şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirdilər.