”Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər davam edir
Məktəbin 2b sinif təşkilat saatı Uşaq Hüquqlarına həsr edilib. "Uşaq hüquqları" aylığına həsr olunmuş təşkilat saatında qeyd edildi ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.Təşkilat saatlarında şagirdlərin təqdimatları dinlənildi, çəkdikləri rəsmlər nümayiş etdirildi.