Məktəbəhazılıq qrupu şagirdlərinin məktəbə psixoloji hazırlıq vəziyyətinin öyrənilməsi

Məktəbin psixoloqu Qarayeva Vüsalə məktəbəhazırlıq qrupu şagirdlərilə görüşərək məktəb motivasiyasının qiymətləndirilməsi üzrə anket sorğu keçirdi. Həmçinin onların psixoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsi üzrə psixodiaqnostik test tapşırıqıarı təqdim etdi. Növbəti görüş isə həmin şagirdlərin valideynləri ilə baş tutdu. Görüşdə valideynlərə tövsiyyələr verildi, sonda onların sualları cavablandırıldi.