Şanlı Qələbəmiz ilə bitmiş 44 günlük Vətən müharibəsi
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Məktəbin tarix müəllimi Nəbiyeva Nərgiz bununla əlaqədar “Şəhidlər ölməz, Vətən bölünməz“ adlı tədbir həyata keçirdi. Tədbirdə əvvəlcə Anım günü ilə əlaqədar olaraq həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anıldı. Daha sonra şagirdlərin ifasında 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərə ehtiram əlaməti olaraq ədəbi - bədii kompozisiya səsləndirildi. Sonda məktəbin tarix müəllimi , hərbi müəllim, məktəbin direktoru Anım günü ilə bağlı çıxışlar etdilər.