Məktəbin İnkişaf Planı hazırlanır
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən Məktəbin İnkişaf Planının hazırlanmasının ilk mərhələsinə start verilib.
Məktəbin İnkişaf Planının hazırlanması istiqamətində TDM-in metodistləri məktəbdə pedaqoji kollektivlə görüşlər keçirir.
Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparılmaq, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil edirlər.
Məktəb heyəti ilə birgə Məktəbin İnkişaf Planının hazırlanmasının əsas məqsədi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya nəticələrinə əsasən aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasından ibarətdir.