Emosinal sağlamlığın qorunması diqqət mərkəzindədir
06.04.-07.04. 2023-cü il tarixlərində psixoloji xidmətin təşkilinə dəstək olmaq üçün məktəbin direktoru Həcər Mahmudovanın dəvəti ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin TDM-nin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova və onun komandası məktəbin qonağı oldu. İki gün ərzində fəaliyyət planına uyğun olaraq ibtidai sinif şagirdlərinin emosional sferasının yoxlanılması, yeniyetməlik yaş qrupuna aid olan şagirdlərin psixi vəziyyətinin tədqiqi, lX siniflərdə imtahan həyəcanın səviyyəsinin ölçülməsi, həyəcan səviyyəsi yüksək olan şagirdlərlə iş, məktəb psixoloqlarının sənədləşmə işinin, eləcə də tədris ili ərzində icra etdikləri işin monitorinqi, valideynlərlə yaş psixologiyası, yaş dövrünün psixoloji xüsusiyyətləri mövzusunda seminarlar, müəllimlərin emosional vəziyyətinin tədqiqi, “Müəllim-şagird münasibətlərində fərdi yanaşma prinsipinin vacibliyi“ mövzusunda seminar, dərsin psixoloji təhlili istiqamətində dərsdinləmələr və s. işlər həyata keçirildi.