Müəllimlər üçün çox faydalı görüş keçirildi

        22.12.2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə Nəzarət sektorunun müdiri Anar Mustafazadə məktəbin pedaqoji heyəti ilə görüş keçirdi. Görüşün məqsədi tədris prosesinin təşkili zamanı müəllimlərdə çətinlik və suallar yaradan məsələlərə, müəllimlərin diqqət yetirməli olduqları əsas nüanslara aydınlıq gətirmək oldu. Anar müəllim təlim məqsədinin və nəticəsinin fərqlərini, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi, bu meyarlara uyğun formativ və refleksiya tapşırıqlarının qoyulması ilə bağlı incəlikləri aydın, səlis və sadə şəkildə izah etdi. İnanırıq ki, seminar müəllimlərimiz üçün dərslərinin keyfiyyətinin artırılmasına öz töhfəsini verəcəkdir. Məktəb heyəti adından Anar müəllimə öz təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi