12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür

09.12.2022-ci il tarixində məktəbin konfrans otağında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq dəyirmi masa təşkil olundu. Dəyirmi masada məktəbin şagirdlərinin ingilis və fransız dillərində çıxışları oldu. Ümummilli liderin həyat və fəaliyyətinə dair şagirdlər hər iki dildə məlumat verdi. Sonda məktəbin direktoru Həcər Mahmudova şagirdlərə öz təşəkkürünü bildirdi.