Uşaq hüquqları aylığı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr - 20 noyabr 2022-ci il tarixlərdə “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. Bu məqsədlə 28.10.2022-ci il tarixində məktəbin psixoloqu Vüsalə Qarayeva valideynlərlə görüş təşkil edərək onları maarifləndirdi. Görüşdə məktəbin direktoru Rübabə Abdullayeva, Leyla İlməzova və UBTR Sevinc Muxtarova da çıxış etdi. Qarşılıqlı diskusiya şəklində keçən görüş valideynlər tərəfindən yüksək qiymətləndirildi.