"Hekayəni paylaş" videotəqdimat müsabiqəsi
14.10.2022-ci il tarixində AR Elm və Təhsil Nazirliyinin 30.09.2022-ci il tarixli F-306 nömrəli əmrinin icrasına uyğun olaraq "Hekayəni paylaş" ("share your story") videotəqdimat müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqənin məktəb mərhələsində seçilmiş 5 şagirdin videotəqdimatları izlənilərək, müsabiqənin meyarlarına uyğun olaraq ballarla qiymətləndirildi.
Müsabiqənin keçirilməsində məqsəd ingilis dilində şagirdlərin özünüifadə bacarığının,səriştəsinin artırılması və düzgün danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə keçirilir.