Yeni tədris ilinin ilk iclası
14.09.2022-ci il tarixində məktəbin AKT zalında 2022/2023-cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyi tərəfindən keçən tədris ilində qazanılmış nailiyyətlər və nəticələrin analizi aparıldı. Yeni tədris ilinə dair pedaqoji heyətə təlimatlar verildi.
2022/2023-cü tədris ilinin davamlı olması ümidilə məktəb və şagird kollektivinə uğurlar arzu edirik!