Narkomaniyaya qarşı mübarizə hər kəsin borcudur
İnsanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq. Bu məqsədlə 13.12.2021-ci il tarixində məktəbin AKT zalında Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin rəisi polis polkovnik leytenantı,Tuncay Abbasov, azyaşlılarla işin profilaktikası üzrə şöbə rəisinin müavini polkovnik-leytenantı Müşfiq Abbasov narkomaniyayla mübarizə tədbirləri çərçivəsində şagirdlərlə görüş keçirərək maarifləndirmə apardı.