Şəhidimiz öz sinifində anıldı
Şəhid Teymur Zeynalov ibtidai təhsil aldığı sinfində müəlliməsi olan Mətanət Musayeva və şagirdləri bədii kompozisiyalarla anıldı. Tədbirdə sinif yoldaşları ilə yanaşı şəhidin atası Tağı Zeynalov və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Amal Əsgərov iştirak etdi. Müəlliməsi və sinif yoldaşlarının şəhidlə bağlı olan xatirələrini paylaşan zaman yaşadıqları dərin hüzn və qürur hissi hər kəs tərəfindən hiss olundu.