Birincilərin psixoloqla görüşü keçirildi
14-16 sentyabr tarixlərində məktəbin psixoloqu Vüsalə Qarayeva I sinif şagirdlərinin məktəb yetkinliyinin yoxlanması məqsədilə görüş keçirdi.
Psixoloq şagirdlərin idrak proseslərinin, emosional vəziyyətinin və s. İnkişafının öyrənilməsi məqsədilə diaqnostik tapşırıqlar üzrə iş apardı. Şagird haqqında daha dolğun məlumat almaq üçün valideynlərə "Valideyn anketi" təqdim olundu.