Novruz bayramı tədbiri virtual keçirildi
İllər sonra Novruzu Qarabağla qarşıladıq, Qarabağda qarşıladıq. Novruz tonqalını Şuşada igid Azərbaycan əsgərləri yandırdı. Bu il başqa Novruzdur, bu il bir başqa qarşıladıq Novruzu. Qəlbimizdə qürur və kədər hissləri ilə birgə qarşıladıq Novruzu. Qarabağlı Novruzu öz canları, qanları bahasına bəxş edən ŞƏHİDLƏRİMİZİ hörmət və ehtiramla yad edirik.
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!