Psixoloq saatı keçirildi
10.02.21-ci il tarixində məktəbin psixoloqu Vüsalə Qarayeva 5-ci sinif şagirdləri ilə Teams platforması üzərindən Psixoloq saatında onlayn görüş kecirdi. Gün rejim və onun tərtib olunma qaydalarından, həmçinin daxili və xarici motivasiyanın insanın emosional sferasına etdiyi təsirdən bəhs etdikdən sonra aparılan artterapiya şagirdlərdə xoş təəssürat yaratdı. Terapiyanın keçirilməsində əsas məqsəd şagirdin subyektiv qavrayışının, ailə münasibətlərinin psixoloji məkanının, ailədə konflikt siruasoyanın, yaxın adamların insanın həyatında rolunun psixodiaqnostikası oldu.