Milli iradəmizin zəfər çaldığı gün
19.01.2021 tarixində virtual platforma üzərindən "20 yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" adlı tədbir keçirildi. Tədbirə ilk olaraq şəhidləri bir dəqiqəlik sükutla yad edərək başlanıldı. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rübabə Abdullayeva açdı. Tədbir şagirdlərin şeir kompozisiyaları və 20 yanvar faciəsini əks etdirən videoçarxın nümayişi ilə davam etdi. Daha sonra "20 yanvar uşaqların gözü ilə" virtual rəsm sərgisi tədbir iştirakçılarına təqdim edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.