Yüksək nəticələr elan olundu
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının l mərhələsinin nəticələri elan olunub. Buraxılış imtahanın l mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə ən yüksək bal 30-dur. DİM tərəfindən keçirilmiş 9-cu siniflərin buraxılış imtahanının 1-ci mərhələsinin nəticələrinə görə adları aşağıda qeyd olunan şagirdlərimiz topladıqları balın (hər fənn üzrə maksimum-30 bal) qiymətlə ifadəsinə görə aşağıdakı nəticə göstərmişdilər. Şagirdlərimizi təbrik edirik.
1. Nigar Alıyeva - 9A - riyaziyyat - 30 bal
2. Əsədli Ülvi - 9B - riyaziyyat - 30 bal