Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmışdi. Hazırda bütün yer kürəsinin COVİD -19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə bir sıra peşə sahibləri vardır ki, olduqları şəraitdən asılı olmayaraq vətəninə, dövlətinə, vətəndaşlarına xidmət edir. Bunlardan biri də müəllimdir. Məktəbimizin riyaziyyat müəllimi Cəmilə Əkbərova mart ayında ailəsi ilə birgə Türkiyədə olarkən də, hətta Vətənə döndükdən sonra ölkədə yaranan tədbirlər çərçivəsində 14 günlük karantin nəzarəti zamanı belə otağından şagirdlərinə onlayn dərs keçməyə davam etmişdir.