Şəhid Xocalı

        Bu gün məktəbdə "Xocalı soyqırımı"nın 28-ci lidönümü ilə əlaqədar tədbir keçirildi. Tədbir məktəbin kitabxanasında təşkil olunmuşdu. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra Xocalı faciəsi zamanı həlak olanların ruhları bir dəqiqəlik sükutla yad edildi.

        Tədbiri giriş sözü ilə məktəbin direktoru R.Abdullayeva  açdı. O öz çıxışında qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu amansız və qəddar soyqırım insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. 1992-ci ilin fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosit aktı həyata keçirdi. Onlar şəhərə hücum edərək 3000-nə yaxın insanı blokadaya saldı, 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 az yaşlı uşaq,  70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi.25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Bütün bunlar erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşliklə həyata keçirilmişdir.

        Daha sonra tədbirdə iştirak edən məktəbin hərbi rəhbəri B.İsgəndərov qeyd etdi ki ,ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi Qarabağın Dağlıq hissəsində azərbaycanlılardan ibarət olan əhəmiyyətli maneəni aradan qaldırmaq, Azərbaycan tarixinin qədim dövrlərdən müasir dövrlərə qədər tarixi və mədəniyyət ənənələrini məhv etmək idi.

       Sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi- bədii kompozisiyalar göstərilmiş, şeirlər söylənilmişdir.Xocalı hadisələrini əks etdirən slaydlar nümayiş etdirilmişdir. Tədbirdə məktəbin tarix müəllimi İ. Orucəliyeva Xocalı faciəsi haqqında geniş məruzə etmişdir.

       Tədbiri yekun sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini L. İlməzova yekunlaşdırmış və qeyd etmişdir ki, biz Xocalı faciəsini unutmamalıyıq. Dərslərimizdə şagirdlərə daim həmin hadisələrdən söhbət açmalı, Dağlıq Qarabağda baş verən hadisələrdən məlumat verməliyik. Məktəbin foyesində Xocalı faciəsinin 28 - ci ildönümünü əks etdirən "Xocalıya ədalət" mövzusunda istedadlı şagirdlərin rəsm işləri nümayış etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi