Xocalısız 28 il

    20 fevral 2020 – ci il tarixində 283 nömrəli və V.Əzizov adına 30 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında yaxın tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımına həsr edilmiş “Xocalısız 28 il” adlı ədəbi bədii tədbir keçirildi.

    Tədbirdə Xocalı soyqırımının canlı şahidi, “Erməni zindanında səkkiz gün” kitabının müəllifi Dürdanə Ağayeva, Bakı şəhəri V.Əzizov adına 30 nömrəli tam orta məktəbin direktoru Rübabə Abdullayeva, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.

    Giriş sözü ilə çıxış edən məktəbin direktoru bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, öz ağlasığmaz qəddarlığı və qeyri – insani üsulları ilə bəşər tarixində analoqu çox az olan vandalizmin tarixindən danışaraq şagirdlərə Azərbaycanın tarixini dərindən öyrənməyi tövsiyə etdi.

    Şagirdlərin təqdimatında Ələmdar Quluzadənin “Şəhid – şəhər” pyesi əsasında hazırlanmış kompozisiyası nümayiş etdirildi. Pyesdə V.Əzizov adına 30 nömrəli tam orta məktəbin VIII b sinif şagirdi Nərmin Dürdanə Ağayevanın obrazını məharətlə canlandırdı. Xocalıda törədilmiş hadisə Xatın, Xerosima ilə müqayisə olundu, rus və ingilis dillərində “Dünya, Xocalını tanı” adı altında çağırış etdilər. Bir - birini əvəz edən təqdimatlar tədbir iştirakçılarının marağına səbəb oldu.

    Sonda erməni əsirliyində ağlasığmaz vəhşiliklərə məruz qalan Dürdanə Ağayeva Xocalı ilə bağlı müdhiş, unudulmayacaq xatirələrini bölüşərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

    Tədbir məktəbin xor qrupunun ifasında “Can, Azərbaycan” mahnısı ilə nikbin ruhda başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi