Ana dili mənəvi varlığımızdır

    Ana dilimiz xalqımızın , müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin , düşüncəsinin , əqidə və məsləkinin , milli ruhunun ifadəsidir.
Xalqımız əsrlər boyu böyük sınaqlardan ,çətinliklərdən keçib , ancaq öz mənliyini , milliliyini , dilini itirməyib. Məktəbin la və lVb sinif şagirdləri tərəfindən " Beynəlxalq Ana dili Günü " münasibətilə tədbir keçirildi.
    Tədbirdə fevralın 21- nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsi tarixindən danışılmış , dilimizin zənginləşdirilməsi və inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətləri xüsusi vurğulanmışdır.
    Şagirdlərimiz " Ana dilimizi sevək , sevdirək " şüarı ilə çıxış etdilər , ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər , mahnılar səsləndirildi , ədəbi - bədii kompozisiya təqdim etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi