İnsan alverinin qurbanı olma!
12.02.2020 - ci il tarixdə məktəbin psixoloqu Vusalə Qarayevanın iştirakı ilə şagirdlərlə " İnsan alverinin qurbanı olmamaq üçün sən də mübarizə et " adlı təlim keçirilib.Təlimin keçirilməsində məqsəd şagirdləri bu barədə məlumatlandırmaqdır. V. Qarayeva çıxış edərək bildirdi ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədi ilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir. Siz həmişə bu məsələ barədə diqqətli və ehtiyatlı olmalısınız.