Qanlı Yanvar - müstəqilliyə aparan yol
Məktəbimizdə “ Qanlı şənbə gecəsi “adlı tədbir şagirdlərin Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Sonra bir dəqiqəlik sükutla şəhidlərimiz yad edildi. Aparıcılar bu qanlı faciə haqqında məlumat verdilər, qan yaddaşımız bir daha təzələndi. Daha sonra faciəni əks etdirən şeirlər , mahnılar söyləndi, səhnəciklər nümayiş etdirildi. Tədbir davam etdiyi müddətdə fonda 20 Yanvar hadisələrini təcəssüm etdirən videoçarxlar nümayiş etdirildi. Məktəbin hərbi rəhbəri baş leytenant Bəxtiyar İsgəndərov şagirdlərə vətənpərvərliyin təbliği baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açdı. Şagirdləri vətənpərvərliyə səslədi. Sonda məktəbin direktoru Rübabə Abdullayeva çıxış edərək bildirdi ki, belə tədbirlərin şagirdlərdə milli qürur hissinin formalaşmasında müstəsna rolu vardır. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Qanlı şənbə gecəsi həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.