Şəhidlər xiyabanı and yerimizdir
Bakının ən uca yerində bir xiyaban var - Şəhidlər xiyabanı. Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımız uyuyurlar. And yerimizə çevrilən bu müqəddəs məkan Vətənin şəhid övladlarının ilk dəfə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakının küçələrində törədilən dəhşətli faciədən sonra ağuşuna aldı.
Məktəbimizin şagirdləri bu gün Şəhidlər Xiyabanında olmuşlar. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzmüşlər. Şəhidlərin məzarı önündə şeirlər söyləmiş, onların ruhu qarşısında baş əyərək “ Vətəni, dogma Azərbaycanımızı sizin kimi sevəcəyik! ”- deyə, and içmişlər