Fibonacci intellektual yarışı

Oktyabrın 26-da "Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məktəblilərarası Fibonacci intellektual yarış" layihəsinin II mövsümü start götürdü. İlk oyunda məktəbi 7e sinif şagirdlərindən ibarət "Evrika" komandası təmsil etdi. Baxmayaraq ki, komandanın iştirakçıları yaş baxımından yarışın ən kiçik üzvləri idi, onlar 40 komanda arasından 13-cü yerdə qərar tutmağı bacardılar. ​

Layihənin əsas məqsədi akademik savadla yanaşı məktəb-şagird, şagird-müəllim və məktəblərarası əlaqələrinin möhkəmləndirilməsi, şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti, özünü qiymətləndirmək, əməkdaşlıq etmək (başqaları ilə işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi), başqalarını dinləməyi, müxtəlif fikirlərə hörmət etməyi və dözümlü olmağı öyrətmək, öz fikirlərini arqumentlərlə izah etmək, kreativ təfəkkürün inkişafı, sosial fəallıq, birgə həll yollarını müəyyənləşdirməyi və qərar çıxarmağı öyrənmək xüsusiyyətlərini aşılamaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi