"Yeniyetməlik dövründə reproduktiv sağlamlıq " mövzusunda maarifləndirmə tədbiri təşkil edildi.
Məktəbimizdə 7, 8 və 9-cu siniflərdə təhsil alan qızların iştirakı ilə "Yeniyetməlik Dövründə Reproduktiv Sağlamlıq" mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə məktəbimizin həkimi, tibb bacısı və psixoloqu iştirak etdi. Onlar yeniyetməlik dövründə baş verən fiziki və hormonal dəyişikliklər, sağlam həyat tərzi və cinsi sağlamlıq mövzularında şagirdlərə ətraflı məlumat verdilər.
Qızlar, öz sağlamlıqları haqqında doğru məlumatlar əldə edərək, gələcəkdə sağlam seçimlər etmək bacarığını qazanmağa çalışdılar. Tədbir, şagirdlərin reproduktiv sağlamlıq mövzusunda daha məlumatlı olmalarına və düzgün qərarlar vermələrinə kömək etdi.