Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə Cerebry layihəsi çərçivəsində İlk səriştə əsaslı Böyük Summativ Qiymətləndirmə keçirildi.
Məktəbimizdə dünyanın ilk süni intellektlə idarə olunan adaptiv təcrübə platforması olan Cerebry layihəsi çərçivəsində səriştə əsaslı Böyük Summativ Qiymətləndirmələr IX və X siniflərdə keçirildi. Bu yeni BSQ riyaziyyat və Azərbaycan dili fənləri üzrədir.
Cerebry layihəsinin əsas məqsədi şagirdlərin biliklərini təkmilləşdirmək, onları müasir dövrün tələblərinə uyğun kompetensiyalara yiyələndirmək və tədris prosesini daha effektiv və məhsuldar hala gətirməkdir.
Cerebry platforması, şagirdlərin bilik səviyyəsinə uyğun tapşırıqlar təqdim edərək, onların inkişafını fərdi şəkildə dəstəkləyir. Riyaziyyat və təbiət elmlərində səriştəyə əsaslanan tapşırıqlar üzərində çalışaraq şagirdlər biliklərini həm nəzəri, həm də praktik baxımdan dərinləşdirirlər.
Səriştə əsaslı qiymətləndirmə ənənəvi qiymətləndirmə üsullarından fərqlənir və daha çox real həyat bacarıqlarına yönəlir.
Bu proses, onların həm dərslikdə öyrəndiklərini, həm də platforma üzərində qazandıqları təcrübələri praktik olaraq tətbiq etməsinə imkan yaradır.